Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

İqtisadiyya.az "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.