Ukrayna Avropa Birliyinə və NATO-ya üzv olmayacaq, çünki Avropanın bunun üçün kifayət qədər pulu yoxdur.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“AB Ukrayna münaqişəsində artıq uduzub və ABŞ-nin bu münaqişədəki rolu zəifləsə, o, nə hərbi əməliyyatların davam etdirilməsini, nə Ukraynanın bərpasını, nə də indiki fəaliyyətini maliyyələşdirə biləcək”, - Orban bildirib.