UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 28-i saat 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:45-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi iyulun 29-u saat 19:00-da, baş məşqçi Xavyer Munyosun mətbuat konfransı isə 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

İyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq