Rusiya XİN: "Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atırıq"


İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, baş nazirin müavinlərinin həmsədrlik etdiyi müvafiq Üçtərəfli İşçi Qrupu çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması yolunda çoxlu işlər görülüb:

"Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin tez bir zamanda reallaşdırılması üçün iş aparırıq. Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin imzalanması üçün sıx koordinasiya həyata keçirilir".