İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Elman Allahverdiyevə quşçuluğun inkişafı layihəsi üzrə 70 min manat güzəştli kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

Onun sözlərinə görə, layihə Lənkəran rayonunda icra olunacaq.

“Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir”, - deyə nazir əlavə edib.