İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,12 %, yaxud 2,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 718,75 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,48 % artaraq, 1 unsiyası 20,76 ABŞ dolları təşkil edib.

“Bloomberg” ekspertlərə istinadən xəbər verir ki, birjalar ən böyük tənzimləyicilərin monetar siyasətlə bağlı gələcək addımlarını gözləyir. Bundan əlavə, qiymətli metallar bazarına böyük ölkələrin, xüsusən də ABŞ-ın iqtisadiyyatının inkişaf templərinin ləngiməsi təsir edir.