Cümə günü səhər qızıl cüzi ucuzlaşıb.

İqtisadiyyat.az-a birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 3,05 ABŞ dolları və ya 0,15 % ucuzlaşaraq 1 unsiyası 1967,65 ABŞ dolları təşkil edib.

Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,79 % düşərək 1 unsiyası 23,938 ABŞ dolları olub.