Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 18-i səhərdən 19-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.