Abşeron rayonunda oğurluq edilmiş və Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevə məxsus olduğu deyilən evin kimə aid olduğu bilinib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ev Hikmət Mirzəyevin yaxın qohumunun olub.
“Həmin evin Hikmət Mirzəyevə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda bildirilib.
Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.
Qeyd edək ki, ötən gün Vətən Müharibəsi Qəhrəmanına məxsus evin qarət olunması ilə bağlı məlumatlar yayılmışdı.oxu.az