Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili “Qarabağ”ı tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, 25 yaşlı qolkiper Yunanıstanın “Panserraikos” komandasına keçib.

Məlumatı klubun rəsmi saytı yayıb.

Quqeşaşvili Superliqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən “Qarabağ”da çıxış edirdi.