Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatına əsasən, bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 faizi yerli biznes subyektlərinin müraciətləridir.

Agentlikdən İqtisadiyyat.az-a xəbər verilib ki, KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verilib.