“Rusiya prezidenti Vladimir Putin İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammitində iştirak etməmək qərarına gəlib. Sammitdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.”

Bunu Kremlin sözçüsü Dmitriy Peskov bildirib.

Qeyd edək ki, Putinin G20 Sammitində iştirak edib-etməyəcəyi qərarı maraqla gözlənilirdi.