"PSG-Kapital İnvestisiya Şirkəti" ASC-nin İdarə Heyətinin (İH) sədri Şahin Rəcəbov vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, o, yeni vəzifəsində Vüqar Mirzəyevi əvəz edib.

MŞ-nın keçmiş sədri bundan sonra fəaliyyətini Şuranın üzvü kimi davam etdirəcək.

"PSG-Kapital"ın İH-nə sədrlik isə Fərid Məmmədova həvalə edilib. O, bundan əvvəl "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Əməliyyatlar departamentinin direktoru olub.

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.