Almaniya hökuməti Polşanın keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ehtiyatlarından əldə etdiyi Sovet istehsalı olan qırıcıları Ukraynaya verməsinə icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Daha əvvəl Polşa hökumətinin Almaniya hökumətindən “MiQ-29” qırıcılarının Ukraynaya ötürülməsinə razılıq verilməsini rəsmi şəkildə xahiş etdiyi məlum olmuşdu.