Keniyanın Malindi qəsəbəsində “ölüm orucu”nda həyatını itirənlərin sayı 109-a çatıb.

İqtisadiyyat.az xarici mənbəyə istinadən bildirir ki, bu barədə Keniya polisi açıqlama verib. Açıqlamada 5-i uşaq olmaqla daha 11 nəfərin cəsədinin tapıldığı qeyd edilib.

Keniya Qızıl Xaç Cəmiyyəti isə 112 nəfərin itkin düşdüyünü təxmin edir. 

Qeyd edək ki, Kilife bölgəsinin keşişi Ezekiel Odero dünən saxlanılıb və onun kilsəsi bağlanıb. Keşiş onlara Hz.İsa ilə görüş vədi verərək, “ölüm orucu”na sövq edib.