Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 73,6 milyon dollar dəyərində 13,2 min ton kərə yağı idxal edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,7 milyon dollar azalıb.
Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,52%-ni təşkil edib.
Gözəl Həşimova