Bu ilin birinci yarısında Azərbaycana qəhvə idxalı 40,2 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 2,3 milyon dollar çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycana 37,8 milyon dollarlıq qəhvə idxal olunub.
Gözəl Həşimova