Azərbaycandan bu ilin yanvar-avqust aylarında 31,1 milyon ABŞ dolları dəyərində 546,8 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon dollar, həcm baxımından isə 22,1% çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,13%-ni təşkil edib.

 

Gözəl Həşimova