Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 64,7 milyon dollar dəyərində 12,4 min ton çay idxal edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu dövrdə ölkənin çay idxalına çəkdiyi xərc ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon dollar azalıb. Ölkənin bu ilin 11 ayı ərzində çay idxalının həcmi isə keçən ilin eyni dövrünə nisbətən 5 % azalıb.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,41 %-ni təşkil edib.

 

Gözəl Həşimova