ABŞ-ın Nyu-York ştatında əhali hədiyyə kartı müqabilində 3000-dən çox silah təhvil verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ştatın Baş prokuroru Letisiya Ceyms bəyan edib.

Qeyd olunub ki, belə bir təşəbbüsün məqsədi əhalinin əlində olan silahların sayını azaltmaq və bununla da odlu silahdan istifadə ilə törədilən cinayətlərin sayını aşağı salmaqdır.

Tədbir çərçivəsində odlu silahı təhvil vermək istəyən şəxslərdən hüquq-mühafizə orqanları heç bir izahat tələb etmir.