Naxçıvan Muxtar Respublikasında iki şirkət birləşdirilir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunlar "Kainat Qida" və "Asaf-M" Məhdud Məsuliyyətli Cəmiyyətləridir.

Belə ki, "Kainat Qida" "Asaf-M"nin ona qoşulması nəticəsində yenidən təşkil edilir.

Qeyd edək ki, hər iki şirkətin rəhbəri Bayramov Əfsəl Kəbir oğludur.