NATO-nun “Ramstein Alloy 2023-1” hava təlimi Baltik dənizi üzərində keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, builki təlimlərdə Almaniya, Portuqaliya, Rumıniya, Finlandiya, Litva və İspaniya da iştirak edib.

F-16 təyyarələri müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib və quru qoşunlarına yaxın havadan dəstək verib.

Finlandiya təyyarələri aprelin 4-də ölkənin alyansa üzv olmasından sonra ilk dəfə NATO təlimində iştirak edib.

NATO-nun bəyanatında, müttəfiqlər arasında koordinasiyanı artırmaq məqsədi daşıyan təlim sayəsində müttəfiq təyyarələrin Baltikyanı hava məkanına inteqrasiyasının artdığı bildirilib.