"Rusiya hakimiyyəti 400 min hərbçi cəlb etmək üçün böyük kampaniyaya başlayacaq. Bunun üçün hərbi texnika tələb olunur ki, bu da Rusiyada yoxdur".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, rusiya mətbuatı yeni kampaniyanı məcburi səfərbərlik kimi yox, könüllülərin, peşəkar kadrların cəlb edilməsi kimi təqdim edir.

Rusiya hakimiyyətinin könüllü modelə üstünlük verməsinin səbəbi kimi, kadr çatışmazlığını doldurmaq və daxili narazılığı minimuma endirmək göstərilir.