Banqladeş və Myanmada qeydə alınan Moça qasırğası nəticəsində 5 nəfər ölüb, 700-dən çox insan yaralanıb, yüzlərlə sakin isə təxliyə edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, sürəti saatda 209 kilometrə çatan qasırğada axtarış-xilasetmə işləri zamanı 5 nəfərin cansız bədəni tapılıb.

Həmçinin, güclü külək səbəbilə bəzi binaların dam örtüyü uçub, elektrik dirəkləri sıradan çıxıb. Ölkənin qərb sahilində yerləşən Arakan əyalətində fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, Myanmada 2008-ci ildə “Nargis” qasırğasında 135 min insan həyatını itirmişdi.