"Türkiyə ilə Misir arasındakı ticarət həcmi 10 milyard dollara çatıb".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyə-Misir dəyirmi masa toplantısında çıxış edən Misirin sənaye və ticarət naziri Əhməd Semir Salih məlumat verib. 

Nazir bildirib ki, Misir Türkiyə ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir:

"Bu istiqamətdə türk vətəndaşlarına viza asanlığının təmin edilməsi nəzərdə tutulur. Həmçinin iki ölkə arasında tibb və kimya, qida, maşınqayırma və avtomobil sənayesi sahələrində iqtisadi əlaqələri inkişaf etdirməyi düşünürük". 

Gülşən Şərif

İqtisadiyyat.az