Fevralın 15-dən Azərbaycanda fəaliyyət göstərən məktəblərin bağlanması iddia olunub. 

Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. 

Bildirilib ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır. 

Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.