2021-ci ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 695 min nəfərdən çox olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Onlardan 399 min nəfərdən çoxu müavinət, 295 min nəfərdən çoxu isə təqaüd alıb.