Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə və onun regional bölmələrinə ümumilikdə 23 461 müraciət daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % çoxdur.

O cümlədən müraciətlərin sayı Bakı üzrə 14 % artaraq 9 057, Quba-Xaçmaz üzrə 5,7 % artaraq 6 345, Abşeron üzrə 13,1 % artaraq 2 424, Lənkəran üzrə 2,1 dəfə artaraq 1 897, Gəncə-Qazax 24,3 % artaraq 1 876, Aran üzrə 4,4 dəfə artaraq 1 220, Şəki-Zaqatalada üzrə isə 46,6 % artaraq 642 olub.