Kim nə dedi? - Günün SİTATLARI

Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Prezident İlham Əliyev: "Ermənistan rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!"

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif: "Bakını dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə etmək olar".

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell: "Avropa İttifaqı aprel ayından Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib".

Almaniya kansleri Olaf Şolts: "Aydındır ki, Rusiya Prezidenti bəzi qonşularını ələ keçirmək istəyir, onun Ukrayna ilə bağlı belə bir planı var və bu da kifayət qədər aşkardır ki, bu cür plan Belarus üçün də var”.

NATO Baş katibi Yens Stoltenberq: "Səlahiyyət müddətimi uzatmaq fikində deyiləm".

İsrailin Baş naziri Benyamin Netanyahu: “Təl-Əviv Moskvanın Tehranla təmaslarından narahatdır”.

Floridalı səyyah Ronald Bergwerk: "Ermənistanın Qarabağın təbiətinə vurduğu ziyan məni çox təsirləndirdi".

“Blick Group”un baş direktoru Ladina Heymqartner: "Süni intellekt inkişaf etdikdən sonra bir çox jurnalistlərə ehtiyac olmaya bilər".

"Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimov: “Mənimlə bağlı məsələni UEFA-da kimsə qaldırmalıdır” .

İngiltərəli futbolçu Cud Bellinqem: "Real"ı seçəndə pul haqqında düşünmədim".