"Biz İŞİD-in yenidən ortaya çıxmasının qarşısını almalıyıq".

Bunu ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanında keçirilən İŞİD-lı Mübarizə Qlobal Koalisiyası toplantısında deyib.

"Ekstremistlər yenidən hücum etmək üçün fürsət gözləyirlər. İŞİD-in hədəfində olan ölkələrdə sabitliyi təmin etmək üçün qarşımıza qoyduğumuz hədəflərə sadiq qalmalıyıq. Biz onu İraqda məğlub etdik, onun yenidən meydana çıxmasının qarşısını almağa diqqət etməliyik”.

Blinken bildirib ki, Qərbi Afrika ölkələrindən olan həmkarlarla da məhsuldar görüş keçirilib.