İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə birgə hərbi dəniz təlimlərində daha sıx iştirak etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Nyu-Dehlidə ŞƏT ölkələrinin müdafiə nazirlərinin görüşündə İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib.

Nazir təhlükəsizlik, o cümlədən terrorizmlə mübarizə sahəsində daha aktiv informasiya mübadiləsini zəruri hesab edir.APA