İran prezidenti İbrahim Rəisi Tehranda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə təhlükəsizlik sahəsi üzrə Rusiya-İran əməkdaşlığı, eləcə də beynəlxalq problemlər müzakirə edilib.


Bundan əvvəl Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.

Qeyd edək ki, Patruşevin İrandan PUA və raketlər almaq üçün bu ölkəyə səfər etdiyi iddia olunur.