“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilib.

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.