Hindistan vergidən yayınma iddiası ilə BBC-yə qarşı istintaq başladıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Hindistanın maliyyə cinayətləri ilə məşğul olan İcra Müdirliyi (ED) məlumat yayıb.

Bildirilib ki, Britaniyanın BBC telekanalının Hindistan ofisi əldə etdiyi gəlir və mənfəətləri şəffaf şəkildə bildirməməklə vergidən yayınıb.

İstintaq prosesi vergi müfəttişlərinin fevralın 14-də BBC-nin ofisində yoxlama apardıqdan sonra başlayıb.