Bu ilin I yarısında da Hesablama Palatası Strateji Planının icrasını təmin etmək məqsədilə tərtib edilmiş illik Əməliyyat Planında nəzərdə tutulmuş tədbirləri həyata keçirib.

İqtisadiyyat.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Əməliyyat Planında baxılan dövr üçün 120 tədbir müəyyənləşdirilib, dövrün sonuna bu tədbirlər üzrə icra vəziyyəti 90,8% təşkil edib.