Sumqayıtda 22 yaşlı oğlan qohumunun avtomobilini qaçırıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

2001-ci il təvəllüdlü Qəmbərov Ziyəddin Canpolad oğlu qohumu, 1985-ci il təvəllüdlü Mustafayev Xaliq Məhər oğluna məxsus  "Hyundai" markalı avtomobili qaçırıb.

Faktla bağlı polisə məlumat verilib.