Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 496 milyon 801 min dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Fransaya ixrac 128,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 368 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

 

Gözəl Həşimova