“İnsanlar pandemiya ilə bağlı yenidən qapanma olacağından qorxur”.

Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib. 

O hesab edir ki, əsas hədəf insanların çalışma yerindən uzaqlaşmaması və işləməsi olmalıdır. Deputat bildirib ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. 

“Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Rayonlara gediş-gəliş açıq olmalıdır. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”, - deyə o təklif edib.