Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Yunanıstan Quru Qoşunlarının komandanı general-leytenant Georgios Kostidis ilə qarşılıqlı fəaliyyət və hərbi kadrların yenidən hazırlanması məsələlərini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.   

"Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Almaniyada keçirilən Avropa quru qoşunları komandanlarının konfransı çərçivəsində Yunanıstan Quru Qoşunlarının komandanı ilə görüşüb. Tərəflər qarşılıqlı fəaliyyət və hərbi personalın yenidən hazırlanması ilə bağlı məsələləri müzakirə ediblər", - deyə məlumatda qeyd edilib.