ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Pensilvaniyada ictimaiyyət qarşısında çıxışı zamanı ona qarşı sui-qəsd cəhdindən sonra dəstəklərinə görə sevənlərinə təşəkkür edib. O, həmçinin "şər qarşısında" mətanətli olacağına söz verib.  

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə özünün "Truth" sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

"Fikirləriniz və dualarınız üçün hər kəsə təşəkkür edirəm, ağlasığmaz olanın qarşısını alan yalnız Allahdır. Biz qorxmayacağıq, imanımızda və şər qarşısında möhkəm qalacağıq. Digər qurbanlara və onların yaralananlara şəfa diləyir, vəhşicəsinə öldürülən vətəndaşın xatirəsini qəlbimizdə saxlayırıq", - deyə Tramp qeyd edib.