Laçın şəhərində 1 nömrəli 400 şagird yerlik tam orta məktəb binası tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

İlkin olaraq, Laçın şəhər 1 nömrəli 400 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq.

Nazirlik layihə-smeta sənədlərinin hazırlanması işlərini “İdeal Project” MMC-yə həvalə edib və bunun müqabilində şirkətə 150 min manat ödəniş edəcək.