ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) iyulun 13-də keçirilən mitinqdə keçmiş Prezident Donald Trampa qarşı edilən sui-qəsd cəhdində əli olan şəxsi müəyyənləşdirə bildiyini təsdiqləyib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bürodan məlumat verilib. 

"FBİ Pensilvaniya ştatının Bethel Park şəhərindən olan 20 yaşlı Tomas Metyu Kruksun iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçmiş Prezident Donald Trampa sui-qəsd cəhdində əli olduğunu müəyyən edib", - deyə məlumatda bildirilir.

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Eks-prezident yaralanıb, amma onun həyatı üçün təhlükə yoxdur. Trampa tərəf açılan atəş nəticəsində onun tərəfdarlarından biri həlak olub. Hücumçu keçmiş Prezidenti qoruyan Məxfi Xidmətin əməkdaşları tərəfindən öldürülüb.