Azad olunmuş üç rayonda peşə təhsili mərkəzləri tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Ağdam, Zəngilan və Qubadlı Peşə Təhsili Mərkəzlərinin tikintisinə başlanılacaq.

Hazırda tikinti işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Mərkəzlərin hər birinin layihə-smeta sənədlərinin hazırlanması 300 min manata başa gələcək.