Dünyanın ən çox satılan modeli Toyota Corolla eketrik mühərrikli versiya ilə satışa çıxarılıb. 1.8 mühərriklə istehsal olunan Corolla, yenilənmiş daxili və xarici dizaynı, eləcə də texniki xüsusiyyətləri ilə Toyotanın premium markası Lexusa yaxınlaşır. Qeyd edək ki, 1966-cı ildən Toyotanın əsas satış avtomobili olan kompakt model Corolla, ötən həftə 12-ci nəsil ilə bir sıra yeniliklər edib..
Yapon şirkətinin tarixində böyük bir iz qoyan model, markanın gələcəyi üçün vacib yerlərdən birini tutur.

İqtisadiyyat.Az türk mediasına istinadən məlumat verir ki, avtomobil daxili və xarici dizaynı ilə, Toyotanın Lexus markasına hər zamankından daha yaxın görünür.

12_190218_105853.jpg

Avtomobilin texnoloji xüsusiyyətlərinə gəldikdə, panelin üstündəki 7 düyümlü rəqəmsal ekran rahatlıqla izlənilə bilir, yuxarıdakı başlıq ekranı ön şüşədə olan məlumatları əks etdirir və gözləri yoldan kənara çəkmədən sürücülük məlumatlarına giriş imkanı verir.
Yolda Corollanın sürərkən verdiyi reaksiyaları, “Lexus” hissinin də avtomobilin sükanına daşındığını göstərir.
Sükan sisteminin reaksiyası və yüksək sürətlərdə sabitliyini qoruyub saxlamağı, əvvəlki modelə görə mühüm bir inkişafdır. Dönmə dərəcəsi 60% artırılıb və avtomobilin titrəməsi azaldılıb. Dəqiq sükan sisteminin köməyilə istifadə xarakteri sedandan daha çox hetcbeki xatırladır. Üç müxtəlif sürücülük rejimi təklif olunur. Eco, Normal və Sport sürücülük rejimində Sport seçsəniz, ötürücülük və boğulma reaksiyaları dəyişir, avtomobilin sükan arxası nəzərə çarpacaq dərəcədə sərtləşir.

Bütün üç sürmə rejimi susuzluq parametrlərinə təsir göstərmir.
Corollanın elektrik versiyasında motor C-HR ilə eyni olsa da, əyləc pedalı hissinə keyfiyyətli düzəlişlər edilib.
Digər tərəfdən, C-HR elektrik istifadəçiləri bilirlər ki, regenerativ (əyləc bərpası) sistemi aktivləşdirildikdə, başqa sözlə, batareyaların doldurulması zamanı yayılmış elektron səs kabinetdə eşidilirdi.
Corollada isə vəziyyət belə deyil. Belə ki, avtomobil hərəkətdə olarkən mühərrikin elektrik olub-olmadığı hiss edilmir. Avtomobil tam dolu enerji ilə 250 km yol qət edir. Yanacaqdan istifadə edərkən isə, 100 km məsafə üçün 6.2 litr, yüksək sürətlə sürülərkən isə 8 litr yanacaq sərf edir.