Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor"un ötən ay dünya üzrə satışları rekord səviyyəyə çatıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, iyul ayında şirkətin avtomobil satışı ötən ilin eyni ayına nisbətən 7,8% artaraq 859 min 506 ədədə çatıb. "Hino Motors" və "Daihatsu" markalarını da daxil etdikdə "Toyota"nın satışları 5,2% artaraq 918 345 ədəd olub.

Hesabat dövründə dünyada "Toyota"nın istehsalı 14,6% artaraq 809,400 ədədə çatıb.

 

Gözəl Həşimova