Peskov Donbasa səfər edib

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.