İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı martın 14-də keçiriləcək.