Finlandiya Baltikyanı ölkələrin ardınca Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişini qadağan edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalının məlumatında deyilir.

Məlumata görə, bu bəyanatla bu gün xarici işlər naziri Elina Valtonen çıxış edəcək. Qadağaya əsasən, Rusiyanın dövlət qeydiyyat nişanlı və 10-dan az sərnişin üçün nəzərdə tutulmuş avtomobillər bundan sonra Finlandiya sərhədindən keçə bilməyəcək.

Qadağanın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı məlumat yoxdur.

 

Gözəl Həşimova