İqtisadiyyat.az xəbər verir ki, ABŞ avtomobil istehsalçasının Rusiyadakı zavodlarının rekonstruksiyası ilə bağlı yekun qərar bu gün veriləcək.

Qeyd edək ki, “Ford”un Rusiyada 3 zavodu var. Məlumata görə, artıq "СP Ford Sollers" bu ölkədəki aktivlərin satılması ilə bağlı artıq danışıqlara başlayıb. Məşhur brend yaxın gələcəkdə Rusiyada yalnız müəyyən model minik avtomobillər istehsal etmək istəyir. Rusiyada yerləşən 3 zavoddan ikisinin bağlanması haqqında bu ilin əvvəlində "Reuters" məlumat yayıb. 2015-ci ildə ABŞ-ın digər bir məşhur avtomobil brendi "General Motors" da Rusiya bazarını tərk edib. Xatırladaq ki, Azərbaycanda da "Ford" avtomobilləri satılır. "Rusiyada yaranmış vəziyyət ölkəmizə gətirilən bu modellərin qiymətində bahalaşma yarada bilərmi?" sualına cavab olaraq "Ford Bakı" mərkəzindən bildiriblər ki, "Ford Mondeo" modeli İspaniyadan, "Ranger" Cənubi Afrikadan, "Tranzit" və digər əksər modellər Türkiyədən gətirilir.