Bu ilin yanvar-oktyabr aylarında Çin və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 14% azalaraq 5,67 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Məlumata görə, Çindən Ukraynaya ixrac 23% azalaraq 2,23 milyard dollar, Ukraynadan idxal isə 7,8% azalaraq 3,43 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova